"Rusiyanın Xankəndidə konsulluq açmaq məsələsini bu qədər hallandırmağın tərəfdarı deyiləm. Bunu ortaya atan dairələrin məqsədi bəllidir. Hər kəsə, o cümlədən də, Rusiyanın özünə bəllidir ki, Azərbaycan bu məsələyə isti baxmaz. Bunun hallandırılması Azərbaycan və Rusiya arasında gərginlik yaratmaq istəyidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Xankəndi hələlik heç məskunlaşdırılmayıb:
"Xüsusən də orada Rusiyaya aid heç nəyin olmadığı halda. Konsulluq açmaq ilk növbədə dövlət rəhbərlərinin, sonra isə XİN-lərin razılaşdıracağı işlərdir.
Karasinin bunu deməsi böyük ehtimalla nəbz yoxlamaqdır. Azərbaycanın reaksiyasını öyrənməkdir. Amma hesab edirəm ki, bu, mümkün olacaq iş deyil. Gələcəkdə bu məsələyə baxmaq olar".
Süleyman