Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iclasda terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində işin səmərəliliyinin artırılması məsələlərinə baxılıb.
Dövlət başçısı ekstremist hərəkətlərin ilkin şərtlərini müəyyən edib, onların qarşısının alınmasına, beynəlxalq terrorizmin yayılmasının qarşısının alınmasına, o cümlədən qanunvericilik və təşkilati bazanın təkmilləşdirilməsinə, düzgün informasiya siyasətinin həyata keçirilməsinə kompleks yanaşmanın vacibliyini qeyd edib.
İclasın sonunda dövlət orqanlarına prezident tərəfindən konkret tapşırıqlar verilib.
Fuad Hüseynzadə