Qazaxıstan daşqın sularının tənzimlənməsi və istifadəsi sahəsində çayların idarə edilməsində Hollandiya təcrübəsini öyrənəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə iki ölkə arasında anlaşma memorandumu imzalanıb.
Memorandum su sahəsində mütəxəssislərin hazırlanması, elm və su sektorunda innovativ texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.
Sənəd həmçinin, su təsərrüfatı obyektlərinin tikintisi və istismarı, daşqınların proqnozlaşdırılması və daşqınların nəticələrinin azaldılmasının planlaşdırılması sahəsində əməkdaşlığı özündə ehtiva edir.
Fuad Hüseynzadə