Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Belarus hərbi hava limanlarını birgə mühafizə edəcək

Qazaxıstan və Belarus hərbi hava limanlarını birgə mühafizə edəcək


Qazaxıstan və Belarus arasında hərbi təyyarələrin qəbulunun təşkili, hava limanlarının texniki təminatı və hərbi hava limanlarında mühafizə haqqında saziş imzalanıb.

Newscenter.az "Sputnik Qazacıstan"a istinadən bildirir ki, sözügedən sənəd Belarusun müdafiə naziri Viktor Xrenin Qazaxıstana səfəri çərçivəsində imzalanıb.

Sənədə əsasən, hərbi hava limanlarının da mühafizəsi birgə şəkildə təşkil ediləcək.

Görüşdə nazirlər hərbi hazırlıq, birgə təlimlər, hərbi idman yarışlarının keçirilməsi məsələlərini diqqət mərkəzində saxlayıblar. Tərəflərin fikrincə, əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi təhsildir. Qazaxıstanlı zabit və kursantlar Belarusun hərbi ali təhsil müəssisələrində təhsil alırlar. Tezliklə Belarus Respublikası Hərbi Akademiyasında Qazaxıstan Respublikasının hərbi incəsənət auditoriyası açılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş