"Qəzzada insanlıq öldükcə Avropada demokratiya, insan haqları ölür".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bildirib ki, Qəzzada İsrailin həyata keçirdiyi kütləvi soyqırımı görməzdən gələn, bu soyqırıma seyriçi qalan Avropanın insan hüquq və azadlıqları, demokratiya, fikir, söz azadlığından danışması yersizdir:
"Bundan sonra heç bir kimsə barmağını sirkələyərək bizə demokratiya və insan haqlarından dərs deməyə çalışmamalıdır".
Ərdoğan bildirib ki, bu susqunluqla Avropa da İsrailin soyqırımına şərik çıxmış olur.
Süleyman