Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada öldürülən fələstinlilərin sayı 36 mini keçdi

Qəzzada öldürülən fələstinlilərin sayı 36 mini keçdi


İsrailin keçən ilin oktyabrından Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində öldürülən fələstinlilərin sayı 36 mini keçib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Fələstin Hökumətinin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, İsrailin 236 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 36 min 171-ə yüksəlib.

Təkcə son 24 saatda İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində 75 nəfər həlak olub, 284 nəfər isə yaralanıb.

Ümumilikdə, keçən ilin oktyabrından başlayan əməliyyatlar nəticəsində 81 min 420 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş