Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Xankəndidə baş konsulluq açmaq üçün Azərbaycanın razılığını almalıdır

Rusiya Xankəndidə baş konsulluq açmaq üçün Azərbaycanın razılığını almalıdır


"Bir dövlətin başqa bir dövlətin ərazsində konsulluq açması "Konsulluq haqqında Vyana konvensiyasına əsaslanır. Həmin Konvensiya 1963-cü ildə qəbul edilib və Azərbaycan bu Konvensiyaya 1992-ci ildə qoşulub. Konvensiyanın müdəallarına görə Rusiya əgər Xankəndidə baş konsulluq açmaq istəyirsə rəsmi olaraq Azərbaycanın razılığını almalıdır".

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Konsunlluğun fəalyyət istiqamətləri çoxşaxəlidir. Lakin bu səlahiyyətlərdən Moskvanın Azərbaycanla iqtisadi, ticari, mədəni və s. əlaqələrinin daha da möhkəmləndirilməsinə, habelə vətəndaşlarının hüquqlarınn qorunmasına deyil, daha çox kəşfiyyat fəaliyyəti aparacağı şübhəsi yaradır:

"Xankəndidə yaşamış ermənilərə Rusiyanın kütləvi şəkildə Rusiya vətəndaşlıq pasportlarının verildiyi barədə zaman-zaman yayılan məlumatları nəzərə alsaq, Kremlin məkrli planları haqqında təsəvvür yaratmaq çətin deyi. Görünür, Kreml Xankəndinə və ümumilikdə işğaldan azad olunmuş ərazilərdəki prosesləri, həyata keçirilən layihələrə birbaşa nəzarət etmək niyyətindədir və hərbi mövcudluğunu siyasi mövcudluq müstəvisinə keçirməyi planlayır. Rusiyanın Azərbaycana hər nə qədər rəsmi səviyyələrdə səsləndirilsə də səmimi və strateji müttəfiq münasibətlərində olmadığı məlumdur".

AMİP rəsmisi deyib ki, Rusiya Cənubi Qafqazları tərk etmək barədə nəinki düşünmür, yeni oyunçuları regiona buraxmamaq üçün hətta ən radikal addımlardan cəkinməyəcəyini son zamanlar daha açıq şəkildə biruzə verir:

"Məncə, rəsmi Bakı maksimum dərəcədə çalışmalıdır ki, Rusiya Baş Konsulluğunu işğaldan azad olunmuş və stateji əhəmiyyət daşıyan, qələbə atributlarından birinə çevrilən Xankəndidə açmasına imkan verməsin. Bunun üçün beynəlxalq konvensiyalar Azərbaycanın tərəfindədir".

Süleyman
Xəbəri paylaş