Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib

Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib


Türkiyə son bir həftə ərzində 44 terrorçunu zərərsizləşdirib.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari ilin əvvəlindən isə 1092 terrorçu zərərsizləşdirilib.

Açıqlamada, son bir həftədə sərhədlərdə 316 nəfərin, ilin əvvəlindən bu yana 7-si terror təşkilatı üzvü olmaqla 4661 nəfərin saxlanıldığı əksini tapıb.

Nazirliyin açıqlamasında qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələrimiz başda PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ terror təşkilatları olmaqla, yaşamağımız üçün bütün təhdid və təhlükələrə qarşı qətiyyətlə mübarizəsini davam etdirir.

Fuad Hüseynzadə
Xəbəri paylaş