Türkiyədə zoonoz xəstəliyi riski artır.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri bunu küçə itlərinin çoxluğu ilə əlaqələndirib:
"Sahibsiz itlərin çevrəmiz, insanlarımız üçün zərər verməməsi üçün çalışırıq. Bunun üçün sahibsiz heyvanlar üçün baxım yerləri təşkil olunacaq. Həmin yerlərdə sahibsiz heyvanlar peyvənd olunacaq, kısırlaşdırılacaqlar".
Rəcəb Tayyib Ərdoğan deyib ki, cəmiyyət də bu prosesdə fəal olmalı, sahibsiz heyvanlarla bağlı atılan addımlara dəstəyini əsirgəməməlidir.
Süleyman