Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşıl enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır

Yaşıl enerjinin inkişafı Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır


COP29-un Azərbaycanda kecirilməsi 2024-cü ilin ən mühüm hadisəsi olacaq. Ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi nəticəsi olan COP29 Azərbaycanın gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyəcək. Azərbaycan platformasında COP29 çərçivəsində dünya miqyasında proseslərə, eləcə də iqlim, həm digər yaşıl ideyalara nəzər salınacaq. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetləri sırasındadır.

Prezident İlham Əliyev aprelin 26-da Almaniyaya rəsmi səfəri çərçivəsində "15-ci Petersberq İqlim Dioloqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews telekanalına müsahibə vermişdir. Cənab Prezident müxbirin "Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə müzakirə olunmayacaq?" sualına cavab verərkən qeyd edib ki, -Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Hərəkata dörd il sədirlik etmişik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Həmən ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyənnaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq?-deyə cavablandırmışdı.

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək bir ölkə kimi seçilməsi dövlətimizin daha bir uğuru, eləcə də qlobal miqyasda güclü diplomatiyasının göstəricisidir.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı
Xəbəri paylaş