Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinin moderatorluğu ilə sülh prosesi mümkün deyil

Çinin moderatorluğu ilə sülh prosesi mümkün deyil


"Rusiya-Ukrayna müharibəsi getdikcə daha təhlükəli hal almaqla bir çox ölkələrin də bu müharibəyə daxil olaraq yayılmaq təhlükəsi ilə üz-üzədir. Amma geosiyasi maraqlar səbəbindən hansısa gücün bu müharibənin həllində önə çıxaraq problemin həllinə gətirib çıxaracaq addımlar atması qısqanclıqla qarşılanır. Məsələn, Türkiyənin müharibənin ilk dövrlərində və sonralar sülh üçün atdığı addımları yada salmaq kifayətdir. Hətta qeyd edilirdi ki, tərəflər sülhə yaxındırlar, amma İngiltərənin araya girməsi bunu mümkün etməmişdi. İndi də Çinin belə bir təşəbbüslə çıxış etməsi əslində təqdirəlayiq haldır".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Çinin Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh konfransı keçirilməsi təşəbbüsünə mnasibət bildirərkən səsləndirib. O bildirib ki, müharibəni kimin dayandırmasından asılı olmayaraq tökülən qanı kəsə bilsə, dünyanı qurtaran dahi o ola bilər:

"Məsələ də həmin dahi olmaq üstündə gedir. Amma kimlərsə həqiqətən fikrində səmimidir, kimlərsə geosiyasi oyunlar oynayırlar. Hesab edirəm ki, Çinin İranla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq müqaviləsi imzalatmaqla uzun illərin qarşıdurmasını bitirmək kimi təcrübəsi var. Həmin məsələ də az əhəmiyyətli məsələ deyildi. Bütün maraqlı tərəflər səmimi olsalar, problemin həllində ciddi irəliləyiş ola bilər. Amma bunun çətin məsələ olduğu qənaətindəyəm".

Azər Qasımov hesab edir ki. müharibə tərəflərinin sülh üçün maraqları və istəkləri fərqlidir:

"Ukraynaya dəstək verən güclərin də geri çəkilmək kimi istəyi yoxdur. Rusiya da bu qədər hadisədən sonra münaqişədən əli boş çıxmaq istəmir. Hesab edirəm ki, hələlik sülh üçün məqam yetişməyib və bunun da mümkün olması yaxın perspektivdə görünmür. Çinin moderatorluğu ilə sülh prosesi isə heç mümkün deyil. Konfrans ola da bilər. Amma orda bütün maraqlı tərəflər olmasa, bu, adi görüşdən o tərəfə getməyəcək".

Süleyman
Xəbəri paylaş