Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanın ən böyük istixanası tikilir

Dünyanın ən böyük istixanası tikilir


Dünyanın ən böyük istixanası tikilir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, istixana ölkənin Türküstan bölgəsində yaradılır.

Layihənin birinci mərhələsinin gələn ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. İstixana “EKO-culture” tərəfindən yaradılır. Burada 7 min iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “EKO-culture” 13 ildir ki, davamlı inkişaf edən, qapalı torpaqda ekoloji cəhətdən təmiz tərəvəz yetişdirən iri aqrar-sənaye holdinqlərindən biridir. Bir ildə istehsal olunan məhsulların həcmi 300 min tondan artıqdır. Öz növbəsində Qazaxıstanda investisiya mühitinin və real istehsalın dəstəklənməsi tədbirləri ölkədə iqtisadiyyat üçün vacib olan layihələrin həyata keçirilməsinə öz töhfəsini verir.

Natiq Orucov
Xəbəri paylaş