Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Macarıstanın baş nazirini təbrik edib

Ərdoğan Macarıstanın baş nazirini təbrik edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri ilə telefonla danışıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə ilə Macarıstan münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Macarıstana Avropa Birliyinə sədrlik müddətində uğurlar arzulayaraq, Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesinin canlanmasında Macarıstanın dəstəyinin vacib olduğunu bildirib.

Telefon danışığı zamanı Türkiyə lideri Viktor Orbanı ad günü münasibətilə təbrik edib.

Fuad Hüseynzadə
Xəbəri paylaş