Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paris-2024-ə təyinat alan azərbaycanlı hakim Afinada seminara qatılacaq

Paris-2024-ə təyinat alan azərbaycanlı hakim Afinada seminara qatılacaq


Azərbaycanın güləş hakimi Asif Şirəliyev Yunanıstanın paytaxtı Afinada keçiriləcək beynəlxalq seminara iştirak edəcək.

"Report"un əldə etdiyi məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına təyinat alan hakimlərin dəvət aldığı seminar iyunun 20-dən 24-dək keçiriləcək.

Qeyd edək ki, A.Şirəliyev Paris-2024-də ölkəmizi güləş yarışlarının ədalət qoruyucusu kimi təmsil edəcək.
Xəbəri paylaş