Qazaxıstan dənuz nəqliyyatı sahəsində mühüm addım atır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astana Qazaxıstan limanlarında böyük dəniz nəqliyyat-logistika klasteri yaratmağı düşünür.
Belə ki, Qazaxıstanda dəniz infrastrukturunun inkişafına dair 2024-2028-ci illər üçün kompleks plan qəbul edilib. Kompleks plan çərçivəsində Manqistauda Aktau və Kurık limanlarının bazasında böyük dəniz nəqliyyatı və logistika klasterinin yaradılması nəzərdə tutulur. Bu, konteynerlərin tutumunu artıracaq və yükdaşıma terminallarının inkişafına imkan verəcək. Həmçinin inzibati maneələr azalacaq.
Layihə çərçivəsində Aktau dəniz limanında konteyner qovşağı tikiləcək. Layihənin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihənin dəyəri 43 milyard 462 milyon tengedir.
Fuad Hüseynzadə