Qazaxıstanda universitet rektoru həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Almatı vilayətinin Korrupsiyaya Qarşı Mübarizə Xidməti M. Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin idarə heyətinin sədri həbs edilib.
O, tibbi avadanlığın dövlət satınalınması şərtlərinə uyğun olaraq büdcə vəsaitlərinin rahat şəkildə köçürülməsi üçün Almatı biznesmenindən 11,6 milyon tenge məbləğində rüşvət alıb.
Məhkəmənin qərarı ilə şübhəli şəxs həbs edilib. İstintaq davam edir. Cinayət-Prosessual Məcəllənin 201-ci maddəsinə əsasən, digər məlumatlar açıqlanmır.
Natiq Orucov