Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb


Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb




Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Lada” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, sürücü M.Abdullayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü barəsində inzibati protokol tərtib edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş