Ukrayna ərazisindən Tatarıstana hava hücumu həyata keçirilib.
Newscenter.az xəbər verir ki. bu barədə TASS məlumat yayıb. Bildirilib ki. Tatarıstan səmasında Ukraynaya məxsus pilotsuz uçan aparat məhv edilib
Məlumatı təsdiqləyən Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni zərərsizləşdirib.
“Səhər saatlarında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərdə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb",-deyə məlumatda bildirilib.
Fuad Hüseynzadə