Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə iqtisadiyyatı birinci rübdə 5,7 faiz artıb

Türkiyə iqtisadiyyatı birinci rübdə 5,7 faiz artıb


Cari ilin birinci rübündə Türkiyə iqtisadiyyatında artım tendensiyası müşahidə edilib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, bu ilin birinci rübündə Türkiyə iqtisadiyyatı 5,7 faiz artıb.

Buna uyğun olaraq, 2024-cü ilin birinci rübü üçün ÜDM-in ilk təxmini; Zəncirlənmiş həcm indeksi olaraq, əvvəlki ilin eyni rübünə görə yüzdə 5,7 artdı.

İstehsal üsulu ilə Ümumi Daxili Məhsul təxmini 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə görə cari qiymətlərlə 90,0 faiz artaraq 8 trilyon 822 milyard 248 milyon lirəyə çatıb. ÜDM-in birinci rüb dəyəri cari qiymətlərlə 285 milyard 572 milyon ABŞ dollar olub.

2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni rübünə nisbətən mal və xidmət ixracı zəncirlənmiş həcm indeksi olaraq 4,0 faiz artarkən, idxalı isə 3,1 faiz azalıb.

Natiq Orucov
Xəbəri paylaş