Yaxin aylar ərzində ölkədə parlament seçkiilərinin keçiriləcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Hələlik konkret vaxt deyilməsə də, seçkinin tezliklə baş tutacağı da ehtimal edilir.
Newscenter.az-a sözügedən məsələ ilə bağlı açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Oruclu bunları deyib:
"Nəzərə alsaq ki, noyabrın 11-22-dək ölkədə mötəbər COP29 beynəlxalq tədbir keçiriləcək və beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanda olacaq. Dekabrda bələdiyyə seçkilərinin vaxtıdır. Belə bir məqamda Azərbaycanın parlament seçkilərinə gedəcəyi məncə inandırıcı görünmür".
AMİP rəsmisi, "Konstitusiya ilə Milli Məclisə seşkiləri təyin etmək səlahiyyətinin Azərbaycan Prezidentində olduğunu da unutmamalıyıq", -deyə bildirib.
Süleyman