Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zatulin Azərbaycandan nə istəyir?

Zatulin Azərbaycandan nə istəyir?


İndi də Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Jirinovskinin yolunu davam etdirir. Müntəzəm olaraq açıqlama və çıxışlarında Azərbaycanı hədəfə alan Zatulin yenidən Bakını tənqid edib. Belə ki, dünən o, Azərbaycan əleyhinə açıqlamalar verib.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, bu gün də Rusiyanın müdafiə naziri Andrey Belousov Azərbaycana və Ermənistana mesaj yollayıb:

"Rusiyanın yeni müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında çıxışı zamanı deyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər. “Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir” deyən Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdıqlarını bildirib".

Politoloq deyib ki, əslində Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyib:

"Cənubi Qfaqaz ölkələrini xəbərdar edib ki, “Qərbdən uzaq dayanın!”. Kreml əvvəlkitək Cənubi Qafqazı arxa baxçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun olmasa da, adı çəkilən sənədin Moskvada imzalanması da tərəflərin maraqlarına cavab vermir. Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq. Sülh və ya çərçivə sazişinin 3 məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək. Sazişin Qazaxıstanda, Gürcüstanda və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir".

Anar Əliyev
Xəbəri paylaş