Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zatulin Roma papasından daha çox katoliklik edir

Zatulin Roma papasından daha çox katoliklik edir


Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Roma papasından daha çox katoliklik edir.

Newscenter.az xəbər verir ki, bunu politoloq Elvin Babayev deyib. O bildirib ki, Zatulinin davamlı olaraq Azərbaycanı hədəf seçən açıqlamaları onun erməni lobbisinin maraqlarına xidmət etdiyini təsdiqləyir:

"44 günlük Vətən müharibəsi dövründə də Konstantin Zatulin Azərbaycana qarşı dayanan rusiyalı siyasilər sırasında yer aldı. Zatulin heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışmırdı".

Politoloq deyib ki, rusiyalı siyasinin Azərbaycanın guya erməni kilsələrini "albanlaşdırması" barəə sərsəm açıqlaması da onun tarixdən xəbərsiz olduğunu göstərir.

Mehman Mehdiyev
Xəbəri paylaş