![Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq](/uploads/posts/2024-06/20892983-1c8b-3fcb-b11a-3852c6c6528d_850.jpg)
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
Newscenter.az-ın məlumatına görə, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.
"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.