Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayda Əli Kərimin xatirə gecəsi keçiriləcək

Göyçayda Əli Kərimin xatirə gecəsi keçiriləcək


Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsinin icrasına başlayıb. Bu haqda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova məlumat verib.

Jalə Cəfərova deyib ki, Əli Kərim (1931-1969) Azərbaycanda kifayət qədər sevilən şairdir: “Əli Kərim 55 öncə dünyasını dəyişib. Amma onun haqqında heç cür keçmiş zamanda danışmaq mümkün deyil. Əli Kərim son 50 ildə Azərbaycan ədəbiyyatının ən böyük itkilərindən biridir. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin prioteritlərindən biri və birincisi mənəvi bərpasına ehtiyacı olan məsələləri gündəmə gətirərək bu yolda bacardıqlarını həyata keçirsin. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyinin maliyyələşdirdiyi “Şair Əli Kərim yaradıcılığının təbliği” layihəsi çərçivəsində iyun-avqust ayları ərzində bacardığımız qədər Əli Kərimi təbliğ edəcəyik. Belə ki, layihə çərçivəsində Göyçayda Əli Kərimin xatirə gecəsinin keçirilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə Göyçay rayonunda fəaliyyətə başlamışıq. Əli Kərimin qohumları, dostları, onunla bağlı araşdıma aparan jurnalistlərlə görüşlər keçirmişik. Belə layihələri həyata keçirmək bizim ən azından mənəvi borcumuzdur”.



Fuad Hüseynzadə
Xəbəri paylaş