Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinkendən atəşkəs çağırışı

Blinkendən atəşkəs çağırışı



Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Qəzzada atəşkəsin əldə edilməsi üçün HƏMAS-a çağırış edib.

Newscenter.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Blinken hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs və girovların azad edilməsi təklifini dərhal qəbul etməlidir.

Qeyd edək ki, Blinken İsrailin fövqəladə hərbi kabinetində nazir Benni Qantz və bu ölkənin müdafiə departamentinin rəhbəri Yoav Qalantla telefon danışığından sonra belə bir çağırış edib.

Sözügedən danışıqlar zamanı bütün girovların azad edilməsini nəzərdə tutan razılaşmanın bir hissəsi kimi Qəzza zolağında tam atəşkəs təklifləri nəzərdən keçirilib.

Fuad Hüseynzadə

Xəbəri paylaş