Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan vaxt uzatmaqla məşğuldur

Ermənistan vaxt uzatmaqla məşğuldur


"Ermənistan həmişəki kimi vaxt uzatmaqla məşğuldur Baxmayaraq ki, Paşinyan hökuməti sözdə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, ancaq əməldə bunu icra etməyə tələsmir. Bu da ilk növbədə Ermənistan üçün ziyanlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, erməni baş naziri bir müddətdir ki, daxildə baş qaldıran etirazlardan ehtiyatlanaraq sülh müqaviləsini imzalamaqdan çəkinir:

"Əslində bunu bəhanə kimi qəbul etmək olar. Çünki Paşinyana qarşı etiraz edənlər o qədər də çoxluq təşkil etmirlər. Müəyyən sayda insanlar xarici dairələrin sifarişi əsasında sülhə mane olmaq istəyirlər. Hesab edirəm ki, Nikol Paşinyan özündə cəsarət tapıb sülh müqaviləsinə imza atmalıdır".

Arzuman Muradlının sözlərinə görə, Ermənistan rəhbərliyi. eləcə də erməni cəmiyyəti anlamalıdır ki, bu ölkənin yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb qonşularla normal münasibətlər qurmaqdır.

Süleyman
Xəbəri paylaş