Son illərdə tibb sahəsində tez-tez rast gəldiyimiz problemlərdən biri də isterik şəxsiyyət pozuntusudur. Bəs görəsən isterik şəxsiyyət pozuntusu nədir və hansı fəsadlar törədir?
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, isterik şəxsiyyət pozuntusundan əziyyət çəkən insanlar çox emosional, diqqət çəkməyə çalışan və həmişə insanların marağında olmaq istəyən, hadisələri böyüdən, drammatikləşdirən, şişirdilmiş emosional reaksiyalar verən tiplərdir:
"Bu hallar davamlı şəkildə təkrarlanır, gündəlik həyatı və iş fəaliyyətinə təsir göstərirsə, diaqnozu qoymaq mümkündür".
Psixoloq bildirib ki, belə indsanlar yaxın münasibət qurmaqda çətinlik çəkirlər:
"İfrat yaxın və səmimi görünsələr da, bu qeyri-emosional, boş bir görüntüdür. Bir tərəfdən münasibətlərindəki nəzarəti formalaşdırmağa çalışsalar da, özlərini asılı hiss edirlər. Hər zaman diqqət mərkəzində və maraq nöqtəsi olmaq istədikləri üçün qarşı cinsi rəqib və özlərinə qarşı təhdid kimi görürlər. Əslində cinsəlliklə bağlı qorxuları olsa da, kənardan flörtiyöz tiplər kimi görünürlər. Hadisələrə qarşı tolerantlığı aşağıdır. Xəyal qırıqlığı yasadığı zaman çox tez əsəbiləşir və kədərlənirlər. Dəyərsizlik duyğusu coxdur. amma bu kənardan hiss olunmur. Bir işə çox böyük bir həvəslə başlayır, amma ona qarşı marağı tez itirirlər. İntihara meyillidirlər. Qeyri-müəyyən və təsirli səs tonundan istifadə etməyə çalışırlar".
Anar Əliyev