
Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb.
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.