
Qazaxıstan cari ilin yanvar-avqust aylarında neft hasilatını 13,4% artırıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, göstərilən müddət ərzində 67,4 milyon ton neft hasil edilib.
Əhəmiyyətli artım Tengizdə müşahidə olunub, 42% və ya 26,83 milyon ton.
Sonrakı yerdə Qaraçaqanak 8,38 milyon ton neft hasilatı ilə gəlib.
“Kaşaqan”da aparılan təmir işləri ilə əlaqədar hasilat 1,9% azalaraq 12,16 milyon tona düşüb.
Anar Əliyev












































