Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə naziri Pakistan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Ədliyyə naziri Pakistan Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb


Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm tarixi, mədəni və dini bağlara əsaslandığı vurğulanıb. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında dövlət başçıları İlham Əliyev və Şahbaz Şərifin qarşılıqlı səfərlərinin və yüksək səviyyəli görüşlərinin mühüm rolu qeyd edilib.

Tərəflər ədliyyə və məhkəmə sahələrində əməkdaşlığın genişləndirilməsi, hüquqi əlaqələrin inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bildirilib ki, iki ölkənin ədliyyə qurumları arasında imzalanmış Anlaşma Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində hakimlər və ədliyyə işçiləri üçün birgə təlim proqramları həyata keçirilir. Artıq biri İslamabadda, digəri Bakıda olmaqla iki təlim keçirilib, növbəti təlimin noyabr ayında İslamabadda keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, birgə təlimlərin və digər peşəkar tədbirlərin keçirilməsi iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Sonda Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin və hüquqi əməkdaşlığın bundan sonra da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Süleyman
Xəbəri paylaş