Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagird sıxlığı olan məktəb ərazilərində modul tipli otaqlar tikilisin

Şagird sıxlığı olan məktəb ərazilərində modul tipli otaqlar tikilisin


"Bu gün təkcə regionlar deyil, paytaxt Bakıdakı bəzi məktəblərdə ciddi şəkildə şagird sıxlığı müşahidə olunur. Elə məktəblər var ki, həmin təhsil müəssisəsində şagird sıxlığı səbəbindən müəllimin bir uşağa dərs tədris etməsi üçün cəmi 30 saniyə vaxt düşür. Belə bir şəraitdə hansı keyfiyyətli təhsildən danışmaq olar".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, paytaxt məktəblərində şagird sıxlığının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməlidir:

"Hesab edirəm ki, həmin məktəb ərazilərində modul tipli sinif otaqları tikilə bilər. Çünki bəzi məktəblərin kifayət qədər ərazisi var".

Deputat bununla bağlı Baş nazir Əli Əsədova məktubla müraciət etdiyini də diqqətə çatdırıb.

Süleyman
Xəbəri paylaş