Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Humanitar diplomatiyanın müasir nümunəsi

Humanitar diplomatiyanın müasir nümunəsi


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Türkmənistana və Özbəkistana səfəri 3 mühüm ictimai aspektdən dəyərləndirilə bilər.
Birincisi, Azərbaycan-Türkmənistan və Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin inkişafına Leyla xanımın humanitar diplomatiyasının verdiyi mühüm töhfədir. Bu, 3 qardaş türk dövlətinin çoxəsrlik ənənələri ilə müasirliyinin inkişafında və mədəni kimliyin geniş təşviqində səmərəli fəaliyyətin göstəricisi kimi xarakterizə oluna bilər.
Onun Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayevlə görüşü, Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanışlığı uşaq dünyasına olan xüsusi məhəbbətini əks etdirir. Eləcə də, Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanışlıq da təsadüfi xarakter daşımır. Bu konteksdən Leyla Əliyeva Azərbaycan-Türkmənistan-Özbəkistan humanitar dialoqunu möhkəmləndirən lider xanım kimi diqqəti cəlb etməkdədir.
İkinci mühüm amil Leyla Əliyevanın uzaq qitə dövlətləri ilə Azərbaycan arasında ictimai-mədəni həmrəylik platformasını möhkəmləndirməsidir. Onun Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşü çoxmədəniyyətliliyin, tolerantlığın nümunəsi olmaqla bərabər, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu cür görüşlər müasir beynəlxalq münasibətlər sistemində klassik diplomatiyanın humanitar-sosial diplomatiyaya transformasiyası şəraitində strateji baxışı əks etdirir. Leyla xanım bu qlobal məsuliyyəti üzərinə götürərək Azərbaycanın sülhprəvər humanizm siyasətini təbliğ edir.
Üçüncüsü, səfər Leyla Əliyevanın beynəlxalq miqyaslı fəaliyyətinin təqdimatı baxımından diqqəti cəlb edir. Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitində söylədiyi dəyərli fikirlər Leyla xanımın dayanıqlı sabitliyin və inkişafın əsas atributları olan təhsil, səhiyyə, ekologiya kimi sosial rifahın təmin edilməsində sarsılmaz çalışqanlıq əzmini əks etdirir.
Leyla Əliyeva təhsil və sosial intibahı inkişafın ədalətli düsturu hesab edir və qlobal təşkilatları bu xoşməramlı missiyaya dəvət edir. Eləcə də, O, ətraf mühitin qorunmasını bu sabitliyin əsas amillərindən biri hesab edir və rəhbəri olduğu IDEA təkcə Azərbaycanda deyil, dünyada ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmə işini, müasir ekoloji şüuru formalaşdırır.
Bir sözlə, Türkmənistan və Özbəkistan səfərləri bir daha təsdiqləyir ki, Leyla xanım ekoloji məsuliyyət, humanitar empatiya, mədəni diplomatiya modelini möhkəmləndirməkdədir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş