Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə ilə Azərbaycan arasında incikliklərin aradan qaldırılması mütləqdir

"
Türkiyə ilə Azərbaycan arasında incikliklərin aradan qaldırılması mütləqdir


Türkiyə Prezidenti R.T.Ərdopanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və onu Türk dövlətləri Təşkilatının Ankarada keçiriləcək Zirvə görüşünə dəvət etməsi son günlər Türkiyədən Azərbaycana qarşı aparılan informasiya hücumları fonunda gözlənilən idi. Telefon danışığı zamanı aydın məsələdir ki, dostluq-qardaşlıq mesajları verilib və hər hansı bir səbəbin iki ölkənin münasibətlərinə təsir etmək gücündə olmadığı vurğulanıb. Bu məsələnin uzadılması da hər iki ölkənin maraqları çərçivəsində deyil. Böyük ehtimalla bu prosesin də arxada qoyulması barəsində fikir birliyinə gəlinib".

Bundan Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O hesab edir ki, Azərbaycan tərəfi cinayət işi açdığı və Azərbaycana girişinə qadağa qoyulan istənilməyən 31 şəxs barəsindəki qərar öz yerində qalacaq:

"Bu, müzakirə edilməsi mümkün olmayan məsələdir və öz qüvvəsində qalacaq. Təbii olaraq incikliklərin aradan qaldırılması mütləqdir. Amma Türkiyədən Azərbaycana qarşı bu dəfə edilən yanlışlıqlar ikitərəfli münasibətlərdə sağalması çətin olan yaralar açdı. Qarşılıqlı özgüvəni zədələdi. Hesab edirəm ki, hələ uzun müddət lazım olacaq ki, münasibətlər əvvəlki qaydasına qayıtsın"

Süleyman
Xəbəri paylaş