
"Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi yaxşı görüntüdür. Ancaq müzakirə edilən məsələlər və haqsız münasibətə son qoyulması ilə bağlı ortaq mövqenin əldə edilməsi cəhdləri daha çox diqqət mərkəzinə gətirilməlidir.
Yayılan məlumatlara istinad etsək prezidentlər Azərbaycan -Türkiyə münasibətilərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Belə bir fikrin Ərdoğan tərəfindən ifadə edilməsi xoş təəssürat yaradır".
Bunları Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. Onun sözlərinə görə, Türkiyənin sosial şəbəkələri, bir çox TV kanalları sistemli şəkildə ölkəmiz əleyhinə kampaniya aparırlar:
"Üstəlik Ərdoğanın köməkçisinin bu kampaniyaya dəstək verdiyi müşahidə olundu. Bütün bunların dayandırılması lazımdır. Bütün bunlara son qoyulacaqsa Ərdoğanın telefon zənginin münasibətlərdəki gərginliyi aradan qaldırmağa xidmət etdiyini deyə bilərik".
Partiya sədri qeyd edib ki, Azərbaycan tərəfi baş verənlərə kifayət qədər səbrli yanaşır və bütün bunların iki qardaş arasında müvəqqəti anlaşmazliq kimi qəbul etməkdədir:
"Ümid edirik ki, tezliklə baş verən xoşagəlməz hallara son qoyulacaq".
Süleyman











































