
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti Cənab İlham Əliyevə zəng etməsi və ölkə başçısını müstəqilliyinin bərpa olunmasının 35-ci ildönümü münasibətilə təkrarən təbrik etməsi, eləcə də telefon danışığı zamanı ölkələr arasında iki tərəfli münasibətlərlə yanaşı, həm də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsinin aparılması hesab edirəm ki, özü-özlüyündə çox müsbət bir hadisədir".
Bunu Newscenter.az-a siyasi şərhçi, sabiq millət vəkili Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında olduqca ciddi etimad mühiti mövcuddur:
"İki ölkə ölkə arasında həm bu etimad mühiti, həm də səmimi dostluq, qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıq uzun illər ərzində davam edir. Uzun illər yüksək səviyyəli dövlətlərarası münasibətlər formalaşıb və hər keçən gün daha da möhkəmlənib".
Elşad Mirbəşiroğlu deyib ki, ictimai müzaakirələr, müəyyən məsələlər barədə fikirlər həm Türkiyə, həm də Azərbaycan tərəfdən səslənə bilər:
"Lakin bu fikirlər dövlətlərarası münasibətlərə təsir göstərmir. Hesab etmirəm ki, Türkiyədə Azərbaycanla bağlı səsindən fikirlər ümumilikdə Türkiyə dövlətinin mövqeyini əks etdirir. Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidentinə telefon zəngi bir daha sübut edir ki, ictimai müzakirələrin dövlətlərarası münasibətlərə hər hansı bir təsiri yoxdur. Azərbaycan prezidenti Cənab İlham Əliyev də dəfələrlə Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterini vurğulayıb və bu münasibətlər dostluq-qardaşlıq münasibətləri adlandırıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji xarakter daşımaqla bərabər, həm də çox ciddi təhlükəsizlik məsələlərini əhatə edir. Bu baxımdan hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın zəngi iki ölkə arasında ictimai müzakirələr zəminində müşahidə edilən mübahisəni aradan qaldıracaq".
Süleyman












































