
Bakıda "Çnaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi" adlı tədbir təşkil olunacaq.
Bu barədə məlumat Newscenter.az-a Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyindən daxil olub. Bildirilib ki, Türkiyə Cümhuriyyətinin elanının 103-cü ildönümü münasibətilə keçiriləcək sərgi və konsert proqramı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.
Mədəniyyət proqramları Yunus Əmrə İnstitutu, Çanaqqala On Səkkiz Mart Universiteti, Türkiyə Cümhuriyyəti Ezine Kaymakamlığı, Ezine, Geyikli bələdiyyələri, eləcə də Xalq Təhsili Mərkəzi Müdürlüyünün birgə təşkilatçılığı ilə keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyinin rəsmiləri, Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyi, eləcə də Çanaqqala bələdiyyəsinin təmsilçilərinin iştirak etdiyi mədəni-bədii tədbir oktyabrın 26-da baş tutacaq.
Süleyman











































