
"Avropa öz davranışını düzəltməlidir. Biz onlara kömək etmək istəyirik. Eyni zamanda biz onlarla birlikdə olmaq istəyirik. Amma Avropa belə davam edərsə, tezliklə mövcudluğuna son qoyacaq".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri həmçinin Fransa, Böyük Britaniya, İspaniya və İtaliyada immiqrasiya nəzarəti ilə bağlı problemlərdən də bəhs edib:
"Biz qanunsuz yolla daxil olan insanları qovmalıyıq. Əks halda onların Avropa Birliyi olmayacaq".
Tramp Avropanın bu cür səhvlərinin davam edəcəyi təqdirdə ABŞ-ın Avropanı tərk edə biləcəyini söyləyib.
Anar












































