Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda müxalifət partiyasının fəfaliyyətinə qadağa qoyulacaq

Gürcüstanda müxalifət partiyasının fəfaliyyətinə qadağa qoyulacaq


Gürcüstanın Konstitusiya Məhkəməsi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının bəzi müxalifət partiyalarının fəaliyyətinin qadağan edilməsi barədə iddiasına baxacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Konstitusiya Məhkəməsinin iclasları 21, 22 və 23 oktyabr tarixlərinə təyin edilib. Məhkəmənin plenar iclasında hakim partiyanın iddiasına baxılacaq. "Gürcü Arzusu"nu məhkəmədə deputatlar Arçil Qorduladze, Tornike Çeişvili, Giorgi Kaxiani və Tengiz Şarmanaşvili təmsil edəcək. İddiada iştirak edən bəzi müxalifət partiyaları iclaslarda iştirak etməyi, digərləri isə qərbi Gürcüstanın Batuminin mərkəzində yerləşən Konstitusiya Məhkəməsi binasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayının sonlarında Gürcüstan hökuməti ölkənin dörd ən böyük müxalifət partiyasından üçünü - keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat (VMH), müxalifət xadimi Nika Qvaramiyanın rəhbərlik etdiyi Dəyişiklik Uğrunda Koalisiya və bankir Mamuka Xazaradzenin rəhbərlik etdiyi Güclü Gürcüstan - Lelo partiyalarını - konstitusiyaya zidd elan etmək üçün Konstitusiya Məhkəməsinə iddia qaldırdı. Bu ilin aprel ayında hakim partiya Konstitusiya Məhkəməsinə yeni bir iddia qaldırmaq qərarına gəldi və tanınmış müxalifət xadimləri Qiqa Bokeriya və Tamar Çerqoleişvilinin rəhbərlik etdiyi kiçik müxalifət partiyası olan Federalistləri də siyahıya əlavə etdi. Sentyabr ayında isə iddiaya keçmiş Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi dördüncü ən böyük müxalifət partiyası olan Qaxariya - Gürcüstan Naminə partiyası da əlavə edildi.

"Gürcü Arzusu" bu partiyaları müxtəlif vaxtlarda hökuməti zorla devirməyə cəhd etməkdə, ölkə rəhbərliyinin legitimliyini inkar etməkdə və digər konstitusiya pozuntuları törətməkdə ittiham edir. İddia müəlliflərinin fikrincə, onların fəaliyyəti Konstitusiyanın 23-cü maddəsini pozur. Maddədə deyilir ki, məqsədi konstitusiya quruluşunu zorla devirmək, müstəqilliyi və ya ərazi bütövlüyünü pozmaq olan bu cür partiyaların fəaliyyəti qəbuledilməzdir.

Anar
Xəbəri paylaş