
Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə ciddi şəkildə kadr çatışmazlığının olduğunu bildirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, mütəxəssis çatışmazlığı xüsusilə tibb sahəsində, eləcə də işçi, texniki və mühəndislik peşələrində nəzərə çarpır.
Qazaxıstanda ən çox mama-ginekoloq, pediatr, anestezioloq-reanimatoloq, onkoloq, neonatoloq, endokrinoloq, elektrik, mexanik, çilingər, qaynaqçı, mexanik, avadanlıq operatoru, inşaatçı, sürücü, mühəndis, tətbiqi proqramların tərtibatçıları və digər İT mütəxəssislərə ehtiyac duyulur.
Nazirliyin fikrincə, 2035-ci ilə qədər Qazaxıstan iqtisadiyyatına 2,9 milyon mütəxəssis lazım olacaq. Onların yarıdan çoxuna işçi peşələrində tələbat var.
Süleyman












































