
ABŞ 1,5 ildir ki, Ukraynanı təslim olmağa doğru itələyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas deyib. O iddia edir ki, Ukraynadakı münaqişə yalnız Aİ-dən gələn hərbi təchizat sayəsində davam edir.
"Ukrayna hələ də niyə təslim olmayıb? Çünki Avropa bunu təmin edir", o əlavə edib.
Kallasın sözlərinə görə, Aİ diplomatik xidməti Rusiyaya qarşı maksimalist tələblərini formalaşdırmağa çalışır.
Avropa Komissiyası əvvəllər bildirmişdi ki, münaqişənin başlanğıcından bəri Aİ Kiyev rejiminə hərbi və maliyyə dəstəyinə 228 milyard avrodan çox pul xərcləyib.
Anar












































