
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ölkəmizdə aparılan rəqəmsal, innovativ islahatlara uyğun olaraq vətəndaşlar Mediasiya Şurasına müraciətlərini artıq elektron qaydada ünvanlaya biləcəklər.
Newscenter.az xəbər verir ki, bu müraciətlər evdən, ofisdən və olduğun məntəqədən çıxmadan, heç bir kağız daşıyıcının rolu olmadan ünvanlana biləcək. Eyni zamanda, vətəndaşların müraciətləri zamanı müraciətlərin statusu, göndərilməsi, müraciətə baxılması müddətlərinin izlənməsi, müraciətlərin operativ şəkildə heç bir kağız daşıyıcının iştirakı olmadan cavablandırılması prosesləri öz həllini tapacaqdır. Həmçinin, platforma üzərindən olan müraciətlərin məxfiliyi təmin ediləcəkdir.
Vətəndaşlar, dövlət qurumları və aidiyyəti qurumlar ilə qarşılıqlı əlaqələrin daha əlçatan, çevik və rahat təşkili məqsədilə mygov platforması üzərindən rəsmi müraciət və məktubların göndərilməsi imkanının təmin edilməsi vətəndaş və Mediasiya Şurası arasında çevik kommunikasiyanı təmin etməklə yanaşı, vətəndaşlardan daxil olan mediasiya prosesləri ilə bağlı təkliflər, iradlar, şikayətlər və sorğular vasitəsi ilə mediatorlar və mediasiya təşkilatları tərəfindən mediasiya proseslərinin keyfiyyətli təşkilinə də ciddi təkan verəcəkdir.
Mediasiya Şurasına müraciətlərin ünvanlanması həm “mygov” mobil tətbiqi, həm də https://my.gov.az/ veb-portal vasitəsilə həyata keçirilir.
Süleyman











































