
Yaponiya Milli Meteorologiya Agentliyi Hokkaydonun şimal-şərqində baş verəcək güclü zəlzələ ilə bağlı təcili xəbərdarlıq elanını ləğv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Yaponiyanın geniş ərazilərində - Tokiodan Hokkaydoya qədər sakinlərə güclü təkanlar barədə xəbərdarlıq edilmişdi.
Bu xəbərdarlığa Kamçatka sahillərində baş verən zəlzələ səbəb olub. Hətta Tokio küçələrində quraşdırılmış səsgücləndiricilər vasitəsilə də siqnal yayımlanıb. Lakin xəbərdarlıq 10 dəqiqə sonra ləğv edilib.
Yayımlanan məlumatlara görə, zəlzələ Kamçatka bölgəsində baş verib. Yapon seysmoloqları onun maqnitudasını 6,9, dərinliyini isə 160 km olaraq qiymətləndiriblər.
Anar










































