Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

30 ilin torpaq həsrətinə 44 gündə son qoyuldu

30 ilin torpaq həsrətinə 44 gündə son qoyuldu



Füzuli şəhərinin azad olunduğu gün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutur.
Son altı ildə torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd etməyimiz böyük xoşbəxtlik və qürurverici hadisələrdir. Bu, dövlətimizin qətiyyətinin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin, hədəflərə doğru inamla və ardıcıl şəkildə irəliləməyin, heç zaman ruhdan düşməyərək ədalətin zəfər calacağına əminlik əsasında hücum diplomatiyasının uğurla davam etdirilməsinin, xalq-iqtidar birliyinin nəticəsidir. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm də uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.Azərbaycanın real faktlara və tarixi həqiqətlərə söykənən təbliğatının uğurları 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynadı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atmaqla 30 il Azərbaycanın dünyadan gözlədiyi ədaləti bərpa etdi.Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, bu şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Digər işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, Füzuli də müasir tələblər səviyyəsində yenidən qurulur, sakinlərin burada rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür. Dövlətimizin başçısı İlham Əliyev Füzuliyə ilk səfəri zamanı Füzulidən Şuşaya yolun çəkilişi ilə bağlı tapşırıqlar verdi. Zəfər yolu adlandırılan bu yol qısa zamanda istifadəyə verildi. Rayonun strateji əhəmiyyəti nəzərə alınaraq azad edlimiş ərazilərimizdə nəzərdə tutulan 3 Beynəlxalq Hava Limanından biri Füzuli şəhərində tikilib və 2021-ci ildə istifadəyə verildi. 8 ayda beynəlxalq statusa malik olan belə bir hava limanının tikilib istifadəyə verilməsi dünyanın diqqətindən kənarda qalmadı.Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi Azərbaycan xalqının torpaq, Vətən sevgisinin nümayişi oldu. 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulması özündə bütün məqamları, çağırışları ehtiva edir.

Vəfa Qasımova
Xəbəri paylaş