Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş deputat HƏBS EDİLDİ

Keçmiş deputat HƏBS EDİLDİ


Sabiq deputat Əsabil Qasımov saxlanılıb.


Newscenter-az xəbər verir ki, bu haqda mılumatı “Təzadlar” qəzeti yayıb.

Məlumatda deyilir ki, qəzetin Araşdırma Qrupuna ilginc məlumat daxil olub Redaksiyaya daxil olan məlumata görə, sabiq deputata məxsus “Azər-Tikinti-şirkəti» MMC ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb. Nəsimi rayon Polis İdarəsinin İstintaq bölməsində araşdırılan cinayət işində adı keçən keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov və MMC- nin İdarə Heyətinin sədri Mətin Əmiraslamov (məhkəmə və digər orqanlara saxta məktub verərək dövlət qurumlarını aldatdığına və s.) Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıb. Hər iki məsul şəxsin hələ də istintaqla bağlı saxlanılması barədə bilgi var.

Əsabil Qasımovun mobil telefonuna zəng etsək də, onun telefonu bağlı olduğundan sabiq deputatla danışmaq cəhdimiz alınmadı.

Nəsimi rayon Prokurorluğunda faktla bağlı AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulması epizodu üzrə № 260070465 saylı cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.
Xəbəri paylaş