Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hər varianta hazırdır

Azərbaycan hər varianta hazırdır


"Ermənistan tərəfindən TRİPP layihəsinə start verildiyini elan edilməsi və yeni Konstitusiya mətninin dərc edilməsi özlüyündə tarix baxımından önəmli hadisə olsa da Azərbaycan üçün hələlik ciddi əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistandan bu prosesləri başa çatdırmasını gözləyir".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, qeyd edilən məsələlər Ermənistan üçün daha vacib məsələlərdir nəinki Azərbaycan üçün:

"Ermənistan Azərbaycanla sülh sülh istəyirsə bunları etməlidir. Təbii ki, bu istiqamətdə hər atılan addım sülh prosesini bir qədər də yaxınlaşdırır. Amma nəticə onda olacaq ki, proseslər başa çatsın. Ermənistan öz konstitusiyasını dəyişdirir, ya dəyişdirmir bu, erməni cəmiyyətinin işidir, eyni zamanda, Azərbaycanla sülh istəyi məsələsi. Azərbaycan hər varianta hazırdır. Sülh olmadan Ermənistanın gələcəyi məsələsi, xüsusən də, geosiyasi qarşıdurmalar fonunda Ermənistanın təhlükəsizliyi bilavasitə bu məsələlərdən asılı olacaq. Hesab edirəm ki, Ermənistan bu məsələləri sürətləndirməklə öz təhlükəsizliyi məsələsini həll edir. Ona görə qərar onlarladır. Hansı yolu seçsələr ona görə müamilə görəcəklər".

Süleyman
Xəbəri paylaş