Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı maraqlar və ortaq təşəbbüslər əsasında genişlənən əlaqələr

Qarşılıqlı maraqlar və ortaq təşəbbüslər əsasında genişlənən əlaqələr



2014-cü il mayın 18-19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olmuşdur. Səfər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaratmışdır. 2015-ci il mayın 13-15-də Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə vermişdir.
Qeyd etmək lazımdır ki, 2026-cı il noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında dostluq münasibətlərinin və strateji əməkdaşlığın inkişafına verilən önəmi bir daha nümayiş etdirmişdir.
Ölkə başçısı Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən olan humanitar, təhsil və mədəni əlaqələrə, eləcə də iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə geniş yer ayırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, iki xalq arasında dostluq münasibətləri uzun illərə söykənir və bu əlaqələrin möhkəmlənməsində təhsil, elm, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik və təhsil layihələri, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə göstərilən dəstək ölkələrimiz arasında humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verir. Eyni zamanda, 2025-ci ildə Leyla Əliyevanın Vyetnama səfəri, ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq sənədləri və tələbə mübadiləsi imkanları elmi və akademik əlaqələrin genişlənməsinə şərait yaradır.
Prezident,Partiyamızın Sədri Cənab İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız ənənəvi dostluq əlaqələri ilə məhdudlaşmır, iqtisadiyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə konkret layihələrlə daha da zənginləşir. Dövlət başçısı hər iki ölkənin mövcud imkanlarından səmərəli istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələyə yüksələcəyinə və xalqlarımızın rifahına xidmət edəcək mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə etmişdir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş