Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhrisəbzdə “Xarıbülbülün nəğməsi — Teymur yurdunda” konsert proqramı təqdim olunub

Şəhrisəbzdə “Xarıbülbülün nəğməsi — Teymur yurdunda” konsert proqramı təqdim olunub


Özbəkistanın Qaşqadərya vilayətində keçirilən “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Şəhrisəbz şəhər Mədəniyyət Mərkəzində “Xarıbülbülün nəğməsi — Teymur yurdunda” adlı konsert proqramı təşkil olunub.

Newscenter az xəbər verir ki, konsert proqramında çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli xalqlarımız arasında tarixən formalaşmış əbədi dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişafında dövlət başçıları — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin siyasi iradəsi və qarşılıqlı səylərinin mühüm rol oynadığını bildirib. O, ölkələrimiz arasında möhkəmlənən əlaqələrin mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsinə və sənət ənənələrinin qarşılıqlı tanıdılmasına geniş imkan yaratdığını qeyd edib. Bu baxımdan, birgə təşkil olunan “Xarıbülbülün nəğməsi — Teymur yurdunda” konsert proqramının Şəhrisəbz ictimaiyyətinə təqdim edilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Qaşqadərya vilayətinin Mədəniyyət İdarəsinin rəisi İsoq Turaev çıxışında həftə çərçivəsində Şəhrisəbzdə belə bir konsertin Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə, xalqlarımızın bir-birinin sənət və musiqi ənənələrini daha yaxından tanımasına töhfə verəcəyini bildirib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” Teatr Truppasının solistləri və Özbək musiqiçilərinin ifasında səslənən əsərlər konsert proqramına xüsusi ahəng qataraq tamaşaçılara xoş ovqat bağışlayıb. Tədbir “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafına və xalqlarımız arasında əbədi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edib.

Süleyman
Xəbəri paylaş