Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib


Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a verilən xəbərə görə, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.

Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.

Arzu
Xəbəri paylaş