Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP dövlətçilik ideyalarını özündə birləşdirən siyasi qüvvə kimi tarixə düşdü

YAP dövlətçilik ideyalarını özündə birləşdirən siyasi qüvvə kimi tarixə düşdü



21 noyabr 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb siyasi şəraitində milli birlik, sabitlik və güclü dövlətçilik ideyalarını özündə birləşdirən siyasi qüvvə kimi tarixə düşdü.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi strategiya Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətçilik ənənələrinin formalaşmasına və davamlı inkişafına möhkəm təməl yaratdı.

Bu siyasi kurs bu gün mötərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, beynəlxalq nüfuzunun yüksəlməsi və regional lider mövqeyinin möhkəmlənməsi güclü dövlətçilik siyasətinin mühüm təzahürüdür.

34 illik tarixi yol bir daha təsdiq edir ki, Yeni Azərbaycan Partiyası milli maraqlara, dövlətçilik prinsiplərinə və xalqın gələcəyinə xidmət edən siyasi iradənin təcəssümüdür.

İnanıram ki, partiyamız bundan sonra da Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha qüdrətli gələcəyi naminə fəaliyyətini uğurla davam etdirəcəkdir.

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə bütün partiyamızın üzvlərini və tərəfdarlarını təbrik edir, dövlətimizə və xalqımıza xidmət yolunda uğurlar arzulayıram.

Teymur Əliyev,

Nizami Gəncəvi Muzeyinin direktoru
Xəbəri paylaş