
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibədə iki ölkə arasında humanitar münasibətlərin inkişafında Heydər Əliyev Fondunun xüsusi rola malik olduğunu bildirdi. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olmasına diqqət çəkdi.
• Sevindirici haldır ki, Leyla xanım Əliyeva öz humanitar diplomatiyası ilə zəngin tarixi ənənələrə malik iki dost ölkənin müasir siyasi münasibətlərinə töhfə verir.
• Onun ötən ilin aprel ayında Vyetnamın vitse-prezidenti Vo Ti An Suan ilə görüşü əsil diplomatiya nümunəsi idi. Bu, Azərbaycan və Vyetnam arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlığını gücləndirən körpü hesab edilə bilər.
• Leyla xanımın görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlər keçirməsi, onların sağlamlığı üçün layihə icra etməsi uşaqlara olan sonsuz sevginin, tükənməz xeyirxahlığının təntənəsidir.
• Sosial və tibb müəssisələrinə ardıcıl davam edən bu ziyarətlər Onun dinindən, dilindən, irqindən və milliyətindən asılı olmayaraq bütün uşaqlara doğma məhəbbətinin tərənnümüdür.
• Bu, Leyla Əliyevanın coğrafi baxımdan ən uzaq region olmasına baxmayaraq belə, uşaqlara, sosial ehtiyacı olan insanlara min km-lərlə yol qət edərək öz xoşməramlı humanitar missiyasını yerinə yetirmək cəsarətini, əzmini nümayiş etidirir.
• Bu, əsil toleranlıq modelidir.
• Onun bu təkrarolunmaz fəaliyyəti ən uzaq qitələrdə Azərbaycan dövlətinə qarşı böyük etimad, hörmət yaradır.
• Əminəm ki, Leyla xanımın davam etdirdiyi bu xeyirxah missiya Azərbaycan və Vyetnam xalqları arasında qarşılıqlı dostluğun daha da güclənməsinə səbəb olacaq.











































